60 yaşlı qadın faciəli şəkildə öldü

IMG_8144

Sabirabadda 60 yaşlı qadın dəm qazından boğularaq ölüb.

24xeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı evin hamamında dəm qazından zəhərlənib və həyatını itirib.

Yaxınları onun meyitini vanna otağında aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.