Bakıda yük avtomobili qəzaya uğradı, sıxlıq yarandı

IMG_7982

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

24xeber.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yük avtomobilinin qəzaya uğraması səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

“Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”, – məlumatda vurğulanıb.

Bakıda yük avtomobili qəzaya uğradı, sıxlıq yarandı