Şəmkirdə 15 yaşlı oğlanı bıçaqlayan gənc saxlanıldı
Şəmkir rayonunda 15 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
24xeber.az-ın məlumatına görə, rayonun Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.Məmmədlini bıçaqlamaqda təqsirləndirilən həmyerlisi, 2009-cu il təvəllüdlü H.Abuzərlinin yeri müəyyənləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.