Hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsi ilə bağlı yeni qərarğ

IMG_7903

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydalarının və Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişiklik olunub.

24xeber.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib.

Həmin şərtlər aşağıdakılardır:

– satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):

– istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;

– texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.

Bundan başqa, döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər də bilinib:

– satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):