Skip to content

24XEBER.AZ

24 saat operativ xəbərlər

Primary Menu
  • Siyasət
  • İqdisadiyyat
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • Home
  • 2026
  • Fevral
  • 8
  • Qərbi Azərbaycan İcması: “Ermənistan məhkəməsinin qərarı ölkəmizin suverenliyinə qarşı yönəlib”
  • Siyasət

Qərbi Azərbaycan İcması: “Ermənistan məhkəməsinin qərarı ölkəmizin suverenliyinə qarşı yönəlib”

Aytac Nağızadə 8 Fevral 2026 2 minutes read
IMG_7864

Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.

24xeber.az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcması bəyanatında yer alıb.

“Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq. Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlib. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?

Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir. Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbiristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır”, – bəyanatda deyilir.

About the Author

Aytac Nağızadə

Author

Visit Website View All Posts

Post navigation

Previous: Sumqayıtda ağır qəza: yaralılar var…
Next: Müharibəni yalnız Tramp dayandıra bilər – Sibiqa

Related Stories

IMG_7866
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb

Aytac Nağızadə 8 Fevral 2026
IMG_7846
  • Siyasət

Səfirimiz etimadnaməsini İraq prezidentinə təqdim etdi

Aytac Nağızadə 8 Fevral 2026
IMG_7848
  • Siyasət

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı… – Arakçı

Aytac Nağızadə 8 Fevral 2026
Copyright © All rights reserved. | MoreNews by AF themes.