Gəncədə 69 yaşlı piyadanı maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

24xeber.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Tofiq Hacıyevi maşın vurub.

69 yaşlı piyada xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.