Kamran Əliyevdən Sumqayıt Hərbi Prokurorluğuna yeni təyinat
24xeber.az xəbər verir ki, Sumqayıt hərbi prokuroruna yeni müavin təyin olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Nüsrət oğlu Həsənli Sumqayıt hərbi prokurorunun müavini təyin edilib.