ABŞ İranla ticarət edən ölkələrdən idxal olunan mallara rüsum tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrandan mal və ya xidmət idxal edən dövlətlərdən gətirilən məhsullara əlavə rüsumlar tətbiq edə bilməsini nəzərdə tutan fərman imzalayıb.
24xeber.az APA-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Sənədə əsasən, ABŞ-a idxal edilən və birbaşa və ya dolayı yolla İrandan mal və ya xidmət alan istənilən ölkədə istehsal olunan məhsullara, məsələn, 25% həcmində əlavə advalor (malın dəyərinə proporsional) rüsumlar tətbiq oluna bilər.
Qeyd edək ki, bu tədbirlər fevralın 7-dən qüvvəyə minəcək.