Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
24xeber.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü K. Suleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.