Ağ şəhərdə ağac kəsildi, cinayət işi açıldı
Bakıda Ağ şəhər ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.
24xeber.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.