Bəzi rayonlarda yollar buz bağlaya bilər

download

Avtomobil yollarında vəziyyət açıqlanıb.

24xeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.