11+1 yazıma belə bir hesablama ilə başlamağım boşuna deyil. Zəhmət olmasa bu məqamı diqqətinizdə saxlayın Bildyiniz kimi qarşıdan parlament seçkiləri gəlir. Namizətliyini verənlər yenə Mingəçevirdə hoqqa verir. Belə ki, Əmrah Həsənli adlı bir oğlan məhəllə – məhəllə küçə – küçə gəzərək deyim yeridədirsə “əl öpməklə” məşğuldu. Bu şəxsin videolarına baxanda mənə gülmək gəlir. Çünki bu adamın etdiyi kiməsə təbliğat kimi gələ bilər amma mən məsələyə başqa mövqedən baxıram.
Mən videoya baxanda keçən seçkilərdə Mingəçevir küçələrində əl öpə – öpə gəzən 11 namizət yadıma düşür. Hanı onlar insanlara verdikləri vədlər hanı? Bəlkədə insanları aldatdıqlarını anlayıb qaçıb “gizləniblər”. İnsanları aldatmaq onlara seçiləməsəm də sizlərin problemlərini həll edəcəm dedilər. İnsanların hissləri ilə oynadılar. İndi hərəsi öz işi ilədi həkəs özünə bir gün ağlayır. Seçkilərdən sonra isə əhali yenə öz problemləri ilə boğuşurlar. Əgər tanıyan varsa gedib o, Əmrah bəyə desin ki, insanlar sizin üçün sınaq lövhəsi deyil ki, özünüzü yoxlamaq üçün insanlardan istifadə edəsən. Baxın maraqlanın soruşun görün Əmrah bəyin neçə yaşı var? Neçə ildi Mingəçevirdə yaşayır? Nə vaxt qanı ilə tarix yazan oğulların şəhidlərin məzarını ziyarət edib? Hansı şəhid anasının problemi ilə maraqlanıb? Misal üçün bu yaxınlarda şəhərimizin fəxri olan Natiq Qasımova Ölkə başçısı tərəfindən Milli Qəhraman adı verildi və şəhər ictimaiəti qazilər siyasətçilər Mingəçevir şəhər icra başçısı hüquq mühafizə orqanlarının əməkdaşları hər kəs həttda mən də Şəhidlər xiyabanında idim. Siz harada idiniz Cənab Əmrah Həsənli?
Keçən seçkilərdə 11 nəfər namizət şəhəri künc-künc bucaq-bucaq gəzərək şəhər əhalisinə müxtəlif vədlər “yalanlar” deyərək öz işlərini yola verdilər. Amma sonra yoxa çıxdılar. Nə oldu? Hanı verdiyiniz vədlər? Kim deyə bilər ki, Əmrah Həsnlidə onlar kimi olmayacaq. İndi məhəllərə gedir dayı, əmi, xala, bibi demədən hərkəslə görüşür həttda öpüşür şəkil çəkdirir. Hə, nə olacaqki guya? Vallah belələrinə baxan da insanın Aydın Mirzəzadəyə olan hörməti birə – min artır. Çünki bunun kimləri necə ki, günəş çıxan kimi qar əriyib yoxa çıxır. Seçkidən sonra bunlarda yoxa çıxacaq. Yenə əldə qalan Aydın Mirzəzadə olacaq. Bu yaxınlarda belə bir məsələnin şahidi oldum. Biz nəfər qadım A.Mirzəzadəyə zəng edərək özünü təqdim edib və deyib ki, Aydın müəllim nə mən nədə oğlum sizə səs verməyib həttda seçklər zamanı digər namizətlərin yanında olaraq sizə qarşı təbliğat aparıb amma inan ki, çıxılmaz durumdayıq. Oğlum ali savadlıdır amma iş tapa bilmirik. A. Mirzəzadə heçbir şey deməyib və əlaqələrindən istifadə edərək həmin şəxsin işlə təmin edilməsində əlindən gələn köməkliyi edib. İndi mənə deyim görək insanlara yalan vəd verib aradan çıxanlar yaxşıdı yoxsa ona səs vermədiyi halda o, şəxsin işlə təmin edilməsin də köməklik göstərən Aydın Mirzəzadə? Mən yazıya boş yerə 11+1 yazıb başlamamışam. Bu da obirilər kimi olacaq. Hər şey sözdə qalacaq və sizində gözləriniz yolda qalacaq ki, görəsən söz verdiklərinə nə vaxt əməl edəcəklər? Əziz Mingəçevirlilər daha bir 5 ili nağıla qulaq asaraq və ən əsasıda yalan vədlərə qulaq asamamaq üçün bunu kimilərini gördüyünüz yerdə baykot edin. Fitə basın. İmkan verməyin ki, sizdən istifadə etsinlər. Mən bunu haqqında ilk yazımda bildirmişdim. Özünə vəkil lazım olanlar Mingəçevirlilərə vəkillik etmək istəyir..
Hörmətlə 24xeber.az komandası
Murad Rz Oğlu