Ölkə Yeni televiziya kanalının yaradılması ilə bağlı - Müsabiqə elan edildi

Yeni televiziya kanalının yaradılması ilə bağlı - Müsabiqə elan edildi

1 həftə əvvəl     Ölkə 0
Yeni televiziya kanalının yaradılması ilə bağlı - Müsabiqə elan edildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Metbuat.az-a verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.
İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Oxunub : 1



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!