Mətbəx Xurmalı keksin hazırlanması - RESEPT

Xurmalı keksin hazırlanması - RESEPT

1 həftə əvvəl     Mətbəx 0
Xurmalı keksin hazırlanması - RESEPT

Yeməklərinizin yanında dadından doymayacağınız keks yemək istəyirsiniz?

Metbuat.az xurmalı, qozlu keksin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:
2 stəkan un
2 x/q kərə yağı
1 ədəd yumurta
2 x/q şəkər tozu
2 x/q qatıq
1 paket vanil
1 paket qabartma tozu

Üzəri üçün:
300 qr doğranmış xurma
1 stəkan qoz
1 süd
1 stəkan krem şanti
2 x/q bal

Hazırlamasına gəldikdə isə, unu bir qaba töküb ortasına yumurta, kərə yağı, şəkər tozu, qatıq, qabartma tozu və vanil əlavə edib xəmir hazırlayın. Xəmiri yağlanmış tavaya yayın. Kənarda südü vam odda isidib üzərinə krem şanti töküb qarışdırın. Biraz qaldıqdan sonra üzərinə qoz, xurma və bal əlavə edin. Xəmirin üstünə yayıb 180 dərəcə qızdırılmış sobada bişirin.

Oxunub : 3



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!