Dünya “Viza probleminin səbəbkarı ABŞ səfiridir” - Ərdoğan

“Viza probleminin səbəbkarı ABŞ səfiridir” - Ərdoğan

1 həftə əvvəl     Dünya 0
“Viza probleminin səbəbkarı ABŞ səfiridir” - Ərdoğan

“Çox açıq, dəqiq deyirəm, ABŞ-la Türkiyə arasında viza probleminin yaranmağının səbəbkarı ABŞ-ın Ankaradakı səfiridir”.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “ABŞ-ın Türkiyə kimi bir strateji tərəfdaşı olan ölkəni özünü bilməyən səfirə fəda etməsi qəbul edilə bilməz. Buna "hə" deməyimiz mümkün deyil. İndi hesabat aparırlar ki, viza pobleminə görə ölkəmiz 50 milyard dollar itirir. Nəyə görə belə hesablama apardıqlarını da anlamaq mümkün deyil. Onsuz da Amerika ilə ticarət həcmi son dövrlərdə 15-16 milyard dollara qədər azalıb”.
Ərdoğan deyib ki, əgər böyük ABŞ dövlətini Ankarada sadəcə bir səfir idarə edirsə, təəssüf edirik: “Çünki onlar deməli idi ki, "bizim strateji mütəffiqimizə belə davrana bilməzsən". Amma bunu demədilər. Viza qadağası vətəndaşlarımıza qarşı haqsızlıqdır. Vəziyyəti bu qədər gərginləşdirən tərəf biz deyilik. Arzumuz budur ki, tez bir zamanda dostluğumuzu və müttəfiqliyimizi zədələyən addımlardan əl çəksinlər”.

Oxunub : 1



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!