Ölkə Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

2 ay əvvəl     Ölkə 0
Sabaha olan hava proqnozu

Hava yağmursuz keçəcək, duman olacaq.

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-19° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək, nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 16-21° isti, dağlarda gecə 1-4°, gündüz 6-11° isti olacağı gözlənilir.

A.M.

Oxunub : 9



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!