Şou-Biznes "Qızımın atası Kərim deyil" - Təranə Səmədova

"Qızımın atası Kərim deyil" - Təranə Səmədova

1 ay əvvəl     Şou-Biznes 0

"Bir dəfə falçıya gedəndə yolun ortasında pişik balası gördüm. Tez maşını saxlayıb götürdüm. Sonra anasını tapıb yanına qoydum. Elə oradan bir falçıya getdik. Mənə dedi ki, səni Allah mükafatlandırıb və övladın olacaq".

24xeber.az bu sözləri prodüser Təranə Səmədova ARB TV-nin "Boş anlar" verilişində deyib.

O bildirib ki, falçının ona dedikləri düz çıxıb: "2009-cu ilin fevralında bildim ki, bətnimdə övladım var. Atası mənə dedi ki, "ya uşaq, ya da mən". Uşağı seçdim. Danışıb başa saldım ki, həyatda mənə stimul lazımdır, icazə ver uşağı dünyaya gətirim. Sağ olsun ki, icazə verdi. Bir neçə ay yanımda oldu, sonra ətrafın təzyiqləri nəticəsində ayrılmaq qərarına gəldi. Ona dedim ki, sən heç vaxt narahat olma, sənin adını çəkməyəcəm.

Uşağım Kərimdən (müğənni Kərim Abbasov - red.) deyil. Tamam başqa adamla olan münasibətdəndir. Sevgi ilə doğulan uşaqdır. Qızım atası ilə bir dəfə cəmi telefonla danışıb. Mən övladımın idealıyam. Suel mənə bənzəmək istəyir".

Qeyd edək ki, Təranə müğənni Kərim Abbasovla ailəli olub. //Axşam.az

Oxunub : 20



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!