Sağlamlıq Hər səhər acqarına bir stəkan için - XALQ TƏBABƏTİ

Hər səhər acqarına bir stəkan için - XALQ TƏBABƏTİ

1 ay əvvəl     Sağlamlıq 0
Hər səhər acqarına bir stəkan için - XALQ TƏBABƏTİ

Tərkibi vitamin və minerallarla zəngin olan xurma bəkməzinin (doşab) faydalarını bilirsiniz?

Metbuat.az xəbər verir ki, xalq təbabətində istifadə olunur və bir çox xəstəliyin dərmanıdır.

Xurma bəkməzi enerji verir, beyin və ürək sağlamlığını qoruyur. Bağırsaqlar üçün faydalıdır. Kişilərdə sperma sayını artırır, cinsi istəksizliyin qarşısını alır. A vitamini ilə zəngin olduğu üçün ağciyər və ağız boşluğu xərçəngindən qoruyur.

Təbii kalium və dəmir qaynağıdır. Bəlğəm qovucudur. Boğaz ağrısı və iltihablanmaya faydalıdır. Tərkibi K vitamini ilə yanaşı B qrupu vitaminləri ilə zəngindir. Tərkibində kalsium, maqneziyum, kükürd mineralları var.

Qeyd edək ki, həddindən artıq istifadə edildiyi zaman xolestrol və şəkərə mənfi təsir edə bilər.

Necə istifadə edilməlidir?

Xurma bəkməzi normal bəkməz kimi səhər yeməyində yeyilə bilər. Fərqli formada istifadə edə bilərsiniz. Bunun üçün bir stəkan ilıq suyun içərisinə 2 çay qaşığı bəkməz əlavə edin. Üzərinə limon sıxın. Səhərlər acqarına bu formada yeyin.

Cinsi zəiflik zamanı bir stəkan keçi südünün içərisinə bir çay qaşığı xurma bəkməzi, az miqdarda hil tozu və bir çay qaşığı bal əlavə edərək gecə yatmazdan əvvəl içə bilərsiniz.

Oxunub : 20



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!