Siyasət Gəncədə Əziz Əliyev adına park açılıb

Gəncədə Əziz Əliyev adına park açılıb

2 həftə əvvəl     Siyasət 0
Gəncədə Əziz Əliyev adına park açılıb

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb.

N.O.

Oxunub : 4



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!