Sağlamlıq Əncirin saymaqla bitməyən faydaları - Döş xərçəngini yox edir

Əncirin saymaqla bitməyən faydaları - Döş xərçəngini yox edir

1 ay əvvəl     Sağlamlıq 0
Əncirin saymaqla bitməyən faydaları - Döş xərçəngini yox edir

Tam mövsümü olan əncirin faydaları saymaqla bitmir. 

Metbuat.az xəbər verir ki, əncirin meyvəsi, qurusu, yarpağı, hətta südü də faydalıdır.

Əncir meyvəsi başda qəbizlik olmaqla həzm sistemi problemlərinə yaxşıdır. Güclü sümüklər üçün vacib olan maqnezium, kalsium və K vitamini baxımından zəngin olan əncir sümük sağlamlığının qorunmasına yardımçı olan meyvələr arasında yer alır.

Qurudulmuş əncir antioksidant baxımından zəngin olduğu üçün göz sağlamlığının qorunmasında vacibdir.

Bir ədəd əncir gündəlik dəmir ehtiyacının bir faizini qarşılayır.

Tərkibindəki kalium ilə ürək xəstəliklərinə gətirib çıxaran yüksək təzyiqi normallaşdıraraq xəstəliklərin qarşısını alır.

Əncir yarpağı ilə çay hazırlayaraq ürəyinizin sağlamlığını qoruya bilərsiniz.

51 min 823 qadının qatıldığı araşdırmaya görə, menopauzadan sonra daha çox lifli qidalar istifadə edən qadınların döş xərçənginə yaxalanma riski istifadə etməyənlərə nəzərən, 34 faiz daha azdır. Lif baxımından digər meyvələr arasında əncir, armud, alça, alma və xurma da yer alır.

Oxunub : 23



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!