Avtomobil DYP əməkdaşı tələbə qızı avtomobillə vurdu

DYP əməkdaşı tələbə qızı avtomobillə vurdu

3 həftə əvvəl     Avtomobil 0
DYP əməkdaşı tələbə qızı avtomobillə vurdu

Bu gün saat 13:00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Sherg.az-a hadisənin şahidi olan əməkdaşı məlumat verib.

O bildirib ki, DYP əməkdaşı əks yolla hərəkət edərək, qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: “Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub, xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi”.

E.Ə.

Oxunub : 15



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!