Mən bu mövzuda bir çox admadan şikayətlər eşitmişdim. Eşitmişdim ki, sosial şəbəkələrdə edilən paylaşımlarda icra başçısına haqqlı irad bildirən şəxslər dövlət idarələrində işləyən yaxınları ilə hədələnirlər və ya elə özlərinin işlədikləri sahə üzrə sıxışdırılırıar. Amma deyilən bu kimi sözlərə inanmırdıq hətda belə bir halın baş verə bilməyəcəyini deyirdik. Çünki bu kimi hallar cinayət tərkibidi. Mingəçevir şəhər icra hakimiyyətinə bağlı olan bir qurum belə bir iş görə bilməz. 05.02.2024-cü il tarixdə feysbuk sosial şəbəkəsində olan Mingəçevir İctimai Nəzarət Qruqunda Murad Rza Oğlu tərəfindən Mingəçevir şəhərində olan sosial problemlə bağlı paylaşım edilmişdi. Bu gün 06.02.2024-cü il tarixində Mənzil Kommunal Təsərrüfatı Kombinatının sosial şəbəkə hesabından paylaşımın şərh yerində fikrini bildirən şəxsə qarşı hədə qorxu dolu bir cavab verilmişdi. Şərhdə qeyd edilir ki, vətəndaş Fazil Həsənova işdətdiyi obyektdə vergi ödəmədiyi, tibbi sığorta ödəmədiyi və.gigyenik qaydalara riayət etmədiyindən xəbərdar olduqlarından və yaxın zamanda işlətdiyi obyektə qanun çərçivəsində qonaq gələndə dövlətin qanuni gücünü göstərərik. Bu isə öz növbəsində cinayətdi. Yəni sən kimsən ki, dövlətin Mingəçevir şəhər icra hakimiyyətinə aid olmayan bir qurumuna qeyri qanuni göstəriş verirsən. Ölkə başçısı hər çıxışlarında vurğulayır ki, sahibkarlara dəstək olmaq lazımdı və bu yöndə bir çox dövlət laihələri hazırlanıb insanların istifadəsinə verilibdi. Amma nədənsə Mingəçevir şəhər icra hakimiyyətinə bağlı olan bir qurum icra başçısı haqqında yazılan tənqidi yazıya şərh yazdığı üçün sosial şəbəkədə hədə qorxu gəlir. Bununlada icra hakimiyyətinin qurumunun etdiyi bu həkətlə Azərbaycan Respublikasının Konustutsiyasının (47-ci maddəsini Fikir və söz azadlığı I. Hər kəsin fikir və söz azadlığı vardır) maddəsini pozmaqdır. Əlavə olaraq onu da əlavə edək ki, Azərbaycan Respublikasının konustutsiyasının 94-cü maddəsi sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunu da pozur. Necə olur ki, icra başçsı İlham İsmayılova vergi, tibbi sığorta və gigiyena haqqında şikayət etdikdə bu kimi məsələlərin şəhər icra hakimiyyətinə heçbir aidiyyatı olmadığını bildirlir. Bəs necə olur ki, sahibkarın obyektinə yuxarıda qeyd etdiyim qurumlar tərəfindən yoxlamaların göndəriləcəyini bildirilir. Mən bu kimi hərəkətləri görəndə artıq icra hakimiyyəti haqqında bu kimi hərəkətlərin edildiyinə inanmağa başlayıram.
Sonda sayt vasitəsi ilə Mingəçevir şəhər icra başçısı ilham İsmayılova səslənirəm. Sizin rəhbərlik etdiyiniz quruma məxsus idarənin sosial şəbəkə hesabından belə hərəkət edilibdi. Məndə olan məlumata görə İcra başçısı vətəndaş qəbullarında deyirsinizmiş ki, sosial şəbəkələrdə mənim haqqımda yazırlar. Cənab İlham İsmayılov nə qədər ki, sizin rəhbərlik etdiyiniz qurumun əməkdaşları belə qanuna zidd hərəkətlər edir, sizin haqqınızda daima paylaşımlar ediləcəkdi.